Link

Marketoloq Yusif VəliyevXəzər TV-nin “Aktual Xəbər” verilişdə marketinq ekspert Yusif Vəliyev -Azərbaycanda supermarket və mağaza sektoru

“Modern Marketing Group”-un təsisçi, marketinq ekspert Yusif Vəliyev “Xəzər TV”-nin “Aktual Xəbər” verilişinin qonağı olub. Verilişdə Azərbaycanda super market və mağaza sektoru, inkişafı, marketinq problemləri mövzusunda müzakirələr aparılıb

Reklam strategiyalarında TV-lərimizin rolu (Yusif Vəliyev-in araşdırması)

Aside

Reklam strategiyalarında TV-lərimizin rolu (Yusif Vəliyev-in araşdırması)

Bu gün bir çox şirkətlərimizin reklam strategiyalarında helede uğur qazanmadığını TV TVgöstərsəkdə,  marketinqin, reklamin esas aləti, reklam inkişafında böyük rol oynayan və ən güclü təsir vasitəsi olan televiziyalarımızda vəziyyət necədir?

Reklam tarixinə nəzər yetirdikdə görərik ki, televiziyanın gəlişi ilə reklam tarixində qızıl dövr başladı. Hər zaman televiziya reklam bazarının ən təsirli, böyük payını televiziya tutur. Və bu səbəbdəndə TV-lər eyni zamanda ən yüksək ödənişli reklam vasitəsidir. TV bir məhsul və ya xidməti daha geniş kütləyə çatdıra bilmə özəlliyinə sahibdir, TV bir şirkətin prestijini müəyyənləşdirilməsində böyük rol oynayır. TV vasitəsilə şirkətlər məhsullarını istədiyi şəkildə müştəriyə təqdim edə bilmə imkanına malikdir, TV vasitəsilə şirkətlər məhsul reklamlarında məhsullarını Continue reading

Elektron Ticarət, E-Biznes trendləri (Yusif Vəliyev-in yanaşması)

Elektron Ticarət:

E-Ticarət, ticarət fəaliyyətlərinin (mal, xidmət və məlumat mübadiləsinin) həm istehsal, həm də xidmət cəhətdən firmadan firmaya (B2B) və firmadan müştəriyə (B2C) internet vasitəsilə on-line olaraq çatmasıdır. Müştərilərin və şirkətlərin ənənəvi mal və xidmət satınalma sistemlərinin zamanla dəyişməsi nəticəsində ortaya çıxmış alternativ bir ticarət üsuludur. Firmalara işi daha məhsuldar etmək fürsəti verir. Müştəri əlaqələrini tənzimləyir. Günümüzün rəhbərlik anlayışında e-ticarət, xidmət və xidmətlərin satışı və müştərinin hansı xidmət və xidmətləri tələb etdiklərinin görülməsi baxımından əhəmiyyətlidir.

Firmaların elektron iş modeliylə işə başlamazdan əvvəl strategiyaları təkrar nəzərdən keçirmələri lazımdır. E-şirkət anlayışı yalnız iş proseslərinin internetə daşınması ilə reallaşmaz. Əvvəlcə firmanın iş proseslərinin müzakirəyə yatırdılıb, Continue reading

Müştəri kimdir? Müştərilərlə işin önəmi – yeni məqaləm

Bu gün şirkətlərin müştərilərlə münasibəti önəmli bir hala gəlmişdir. Tamamlıqla söyləmək mümkündür ki, müştəri istəsə şirkəti zirvəyə qaldırar və ya əksi məhv edər.

Dünyanın inkişaf etmiş şirkətlərinə baxdığımız zaman müştərilərə verilən dəyər, müştərilərə yanaşma hansı səviyyədə olduğunu görə bilərik. Əbəs yerə deyil ki, bu gün ki, marketinq deyimlərində “Müştəri şirkətimin sahibi”, “Müdürüm müştəridir” terminlərinin adi hall aldığının şahidiyik.

Marketinq tarixinə baxdığımız zaman müştəri münasibətinində marketinqinin inkişafı ilə paralel olaraq hər gün yeni bir formaya gəldiyini sezmək mümkündür. Eyni zamanda dünənin müştəriləri ilə bu günkü müştərilər arasında böyük fərqlər sezilir, istər düşünmə, istər məhsula yanaşma, istər ehtiyaclar, istər qərar vermək. Təbii ki buna təsir edən faktorlarda kifayət gədərdi. Bazarın hər gün böyüməsi, artıq sərhədsiz bir vəziyyətə gəlməsi, müştərinin bir məhsula olan ehtiyacını ödəyəcək kifayət gədər şirkətin olması, müştərinin böyük seçim qarşısında qalması, bazarda böyük rəqabətin mövcüdluğu, artıq “Nə istehsal etsəm onu sataram” deyil, “Müştəri nə istəyirsə onu istehsal edərəm” dövrünün olması, texnologiyanın sürətlə inkişafı və digər faktorlar müştəri münasibətində böyük dəyişiklik yaratmışdır. Necə ki, Continue reading

ANS loqosunu dəyişdi, təhlilim

ANS Şirkətlər Qrupu – 19 May tarixində loqosunu dəyişdi. Artıq neçə müddət idi ki, “ANS-i gözə gətirəcəyik” şüarını şəhərin müxtəlif yerlərində rastlaşırdıq və 19 May 2012-ci il gəldi, bu şüarın açıqlanması məlum oldu. ANS Şirkətlər Qrupu 20 illiyində loqosunu dəyişdi. Loqo haqqında müxtəlif marketoloqlar tərəfindən fərqli fikirlər səslənildi. Kimisi loqonun uğurlu, ehtiyac olunduğunu kimisidə loqonun effektiv alınmamasını bildirdi. Eyni zamanda izləyicilər  tərəfindəndə loqo müxtəlif qiymətlər aldı. İzləyicilər fərqli münasibət bildirərək, kimisi loqonun çox gözəl alındığını, kimisi isə əvvəlki loqonun daha gözəl olduğunu bildirdi. Təbii ki, hər izləyici marketoloq olmadığı üçün onlardan marketoloq baxışları ilə qiymət vermələrini gözləmək düzgün deyil. Əslində Loqonun əsas özəlliyidə marketoloq olmayanların müsbət rəyini qazandıracaq gədər gözəlliyə və özəlliyə sahib olması gərəkir. Çünki loqo yalnız marketoloqlara təqdim olunmur, milyonlarca izləyicilərin diqqətinə çatdırılır. Həmdə izləyicilərdən marketoloq kimi loqonun hər mənasını gözləmək yalnız sadəlöhvlük olar.

İndi isə keçək Loqo haqqında. Loqoya baxdığımız zaman diqqəti ilk cəlb edən loqonun Continue reading

Marka yaratmaq sistemi

Günümüzdə bazarda qarşımıza çoxlu sayda markalar çıxır. Və müştərilər
seçim edərkən markalara daha böyük üstünlük verirlər.  Çünki markalar hər zaman digər məhsullardan fərqlənməni, keyfiyyətliliyi, tanınmalığı, simvolu və.s xüsiyyətlərinə görə fərqlənir. Eyni zamanda markalar insanlarda bir status halına gəlir. Məsələn dostum maşını markası budur, rəfiqəm bu markadan geyinir, mən bu parfümdən istifadə edirəm və.s.

Markaya yalnız hər hansısa tərif vermək mümkün deyil. Markaya ən yüksək tərifi müştərilər verir. Marka bir söz, marka bir işarə, marka bir dizayn forması, marka bir ad, marka bir termin, marka bir termindir. Markaya ümumi bir ad verəsi olsaq “bir satıcı və ya bir grup satıcının məhsul və xidmətlərini rəqiblərindən ayırd etmək üçün müəyyənləşdirdikləri ad, termin, işarə, simvol, dizayn və ya bunların kombinasiyasıdır”.

Mən növbəti yazılarımda marka, marka yaratmaq, marka növləri, marka strategiyaları haqqında yazacağam. Bu araşdırmamda marka yaratmaq üçün lazım olunan ümumiləşdirilmiş 12 qaydanı diqqətinizə çatdırıram: Continue reading